Barışın komandası liderliyini qorudu
- 23 Noy 2019 13:21
- 773
Futbol üzrə Avstriya 2-ci liqasında 15-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının üzvü Barış Ekincierin formasını geyindiyi Klaqenfurt “Austria”sı da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda Vyana “Ausriya”sının ikinci komandası ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Barış bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Austria” hazırda 35 xalla 16 kollektiv arasında 1-ci pillədə qərarlaşıb.