"Barselona” futbolçusu Pedro Lopesin (Pedri) sərbəstqalma məbləğini müəyyənləşdirib.

Rekord.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçini almaq istəyən klublar 400 milyon avro ödəməlidir.

“Las Palmas”ın yetirməsi olan Pedri, bu ilin avqustunda 5 milyon avroya “Barselona”ya keçib. İspan futbolçu Kataloniya təmsilçisi ilə bu mövsüm 9 oyunda 1 qol vurub.