“Barselona” açıqladı – Dembele əməliyyat olunacaq
- 07 Fev 2020 11:42
- 647
“Barselona” komandanın son məşqlərindən birində zədələnən futbolçusu Osman Dembelenin durumu ilə bağlı rəsmi açıqlama yayıb.
Rekord.az xəbər verir ki, Kataloniya klubu fransız hücumçunun zədəsinin ciddi olduğunu və onun əməliyyat ediləcəyini bəyan edib.
22 yaşlı futbolçu fevralın 11-də əməliyyat olunacaq. Yalnız ondan sonra Dembelenin nə vaxt yaşıl meydanlara qayıda biləcəyinə dair dəqiq bir məlumat veriləcək.
Dembele 3 il əvvəl də eyni yerdən zədələnmiş və əməliyyat olunmuşdu. 22 yaşlı futbolçunun bu dəfə də ən azı 4 ay yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.
Fransalı futbolçu bu mövsüm La Liqada 5, Çempionlar Liqasında 4 oyunda iştirak edib.