“Barselona” “Çelsi”nin müdafiəçisi Markos Alonso ilə müqavilə imzalayacaq.

Rekord.az xəbər verir ki, ötən həftədən klublar arasında 31 yaşlı ispaniyalının transferi ilə bağlı prinsipial razılıq var.

Müdafiəçi Kataloniya klubu ilə 2024-cü ilə qədər nəzərdə tutulan müqavilə imzalayacaq.

Alonso ötən mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 46 oyunda 5 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.