“Barselona”nın futbolçusu Qavinin sərbəstqalma məbləği məlum olub.

Rekord.az xəbər verir ki, bu mövsüm sərgilədiyi oyunla diqqətləri üzərinə çəkən ispan yarımmüdafiəçinin hazırda sərbəstqalma məbləği 50 milyon avrodur.

“Barselona”nın vitse-prezidenti Raf Yust 17 yaşlı futbolçunu klubda saxlayacaqlarını bildirib: “Biz onun təhlükəsizliyini təmin edəcəyik. “Barselona” onun evidir”.

“Barselona”nın yetirməsi olan Qavi bu mövsüm Kataloniya təmsilçisiylə 8 oyuna çıxıb.