"Barselona" ən yaxın transfer pəncərəsində çox futbolçusunu satışa çıxarmağı düşünür.

Rekord.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Kataloniya klubu Lionel Messi, Mark Andre-ter Stegen və Frenki de Yonq istisna olmaqla, bütün oyunçuları ilə yolları ayırmağa hazırdır.

Qeyd edək ki, "Barselona"nın "İnter"in hücumçusu Lautaro Martineslə maraqlandığı iddia olunur.