“Barselona”nın düşərgəsində əhval-ruhiyyə yaxşı deyil.

Rekord.az xəbər verir ki, klub rəhbərliyinin siyasəti futbolçuları qane etmir.

Pandemiyanın yaratdığı maliyyə böhranı klubu çətin vəziyyətə salıb.

Bu amili nəzərə alan futbolçular məvaciblərinin azaldılmasına razılıq veriblər. amma onları narazı salan məqam odur ki, “maliyyə böhranı var” deyən rəhbərlik yeni transferlər də edir.

“Barsa” artıq 4 futbolçu – Serxio Aquero, Mefis Depay, Erik Qarsiya və Emersonla müqavilə bağlayıb.

Futbolçular bir məsələyə aydınlıq gətirilməsini istəyirlər: Maliyyə böhranına görə məvacib azaldılırsa, transfer əməliyyatları necə həyata keçirilir?