"Barselona" fanatlarından rasist şüarlar: işə polis qarışdı
- 09 Yan 2020 14:23
- 857
Barselona” əvəzedici komandanın oyununda baş verənlərlə bağlı araşdırmaya başlayıb.
Rekord.az xəbər verir ki, “Barsa”nın əvəzedici komandasının “Espanyol B” il görüşü zamanı fanatlar tərbiyəsiz və rasist hərəkətlər ediblər.
Onlar “Espanyol”un dünyasının dəyişmiş sabiq futbolçusu Daniel Harkeni nəzərdə tutaraq belə şüar qışqırıblar: “Əgər Harke qol vursa, bu, qüsursuz qol olacaq”.
Məlumata görə, “Barsa” fanatları oyun ərzində rasist şüarlar da səsləndiriblər. Polis xuliqan fanatları arenadan uzaqlaşdırıb.
Daniel Harke 26 yaşında ürəktutmasından vəfat edib.