"Barselona"nın Ansu Fatini satmaq niyyəti yoxdur.

Rekord.az xəbər verir ki, hətta bu məqsədlə futbolçuya yüksək məbləğdə transfer qiyməti də qoyulub.

Kataloniya klubu ümid edir ki, hansısa klub həmin məbləği verməkdən imtina edəccək və futbolçu "Barselona"da qalacaq.

Qeyd edək ki, Fati ilə "Bavariya" və "Mançester Yunayted" yaxından maraqlanır