“Barselona” Fatiylə danışıqlara başladı
- 15 Noy 2020 18:00
- 627
“Barselona” futbolçusu Ansu Fatinin müqaviləsinin müddətini artırmaq istəyir.
Rekord.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Xəbərdə, “Barselona”nın 18 yaşlı hücumçu ilə danışıqlara başladığı bildirilib.
Fatinin Kataloniya klubu ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir. İspan hücumçu bu mövsüm “Barselona”da 10 oyuna 5 qol vurub.