İspaniyanın “Barselona” klubu müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Rekord.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, klub koronavirus epidemiyası səbəbiylə bütün məşq və digər fəaliyyətlərini növbəti qəraradək dayandırıb.