"Barselona" "Flamenqo"nun qapıçısı Huqo Sousa üçün transfer yarışından çəkilib.

Rekord.az "Diario Sport"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi braziliyalı qolkiperlə müqavilə imzalamaq fikrindən danışıb. Bununla da, "Ayaks" oyunçunun transferində əsas namizəd olaraq qalıb.

Qeyd edək ki, Transfermarkt, futbolçunun dəyərini 4 milyon avro qiymətləndirir.

Xatırladaq ki, "Barselona" "Flamenqo"nun müdafiəçisi Natanın transferi  ilə bağlı danışıqları isə davam etdirəcək .