“Barselona” futbolçusunu bir neçə aylıq itirə bilər
- 28 Avq 2024 17:15
- 133
“Barselona”nın yarımmüdafiəçisi Mark Bernal İspaniya çempionatının 3-cü turu çərçivəsində dünən keçirilən “Rayo Valyekano” ilə matçda (2:1) zədələnib.
Rekord.az xəbər verir ki, 17 yaşlı futbolçu ön çarpaz bağından zədə alıb.
Bu səbəbdən də, o, bir neçə aylığa sıradan çıxa bilər. Dəqiq sağalma vaxtı tibbi müayinədən sonra məlum olacaq.
Bernal Kataloniya klubunun yetirməsidir. İspaniyalı yarımmüdafiəçi cari mövsümün hər 3 oyununda iştirak edib.