“Barselona” futbolçusu Ballou Tablanı MLS klubuna satıb.

Rekord.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi “Monreal İmpakt”a transfer olunub. Bu barədə ABŞ təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tabla ilə 2+2 şərti ilə müqavilə imzalanıb.

Kanada millisinin üzvü olan yarımmüdafiəçi mövsümün ilk dövrəsini icarə əsasında “Monreal İmpakt”da keçirmişdi.

MLS təmsilçisi “Monreal İmpakt”ın baş məşqçisi Tyerri Anridi.