İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Almaniyanın "Leypsiq" klubundan Dani Olmo transfer edilib.

Tərəflər 26 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı razılığa gəliblər. Onun müqaviləsinin müddəti 2030-cu ilin yayınadək nəzərdə tutulacaq.

İspaniya yığması ilə AÇ-2024-ün qalibi olan Olmo ötən mövsüm Bundesliqa komandasında meydana çıxdığı 25 oyunda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.