"Barselona" istəyir, "İnter" satmır
- 29 May 2020 16:27
- 666
"İnter" adı "Barselona" ilə hallanan futbolçusu Lautaro Martinesi satmağı düşünmür.
Rekord.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun idman direktoru Pyero Ausilio məlumat verib.
O bildirib ki, ancaq 22 yaşlı hücumçunun müqaviləsində qeyd olunan təzminat qiyməti ödəniləcəyi təqdirdə, Martineslə yolları ayıra bilərlər: "Barselona" kimi bir çox klub Lautoro üçün bizimlə əlaqə saxlayıb. Ancaq onlara futbolçumuzu satmayacağımızı bildirmişik. Onu istəyirlərsə, təzminat qiymətini ödəmək məcburiyyətindədirlər".
Qeyd edək ki, bu mövsüm "İnter"də 31 matçda 16 qol vuran və 2 qolun ötürməsini verən L.Martinesin təzminat qiymətinin 111 milyon avro olduğu bildirilir.