"Barselona" Kumandan razıdır
- 06 Sen 2021 14:45
- 477
"Barselona" rəhbərliyi baş məşqçi Ronald Kumanın işi ilə bağlı analitik işlər aparıb.
Rekord.az "Diario Sport" istinadən xəbər verir ki, rəhbərlik niderlandlı mütəxəssisin komandanı inkişaf etdirməsindən məmnundur. Kumanın klubdakı gələcəyi ilə bağlı "Barselona"da heç bir mübahisə yoxdur.
Bildirilib ki, Kataloniya təmsilçisi Kumanın indi uğur qazana bilən, klubun iqtisadiyyatını gücləndirən və akademiyanın gənc futbolçularını inkişaf etdirə biləcək ideal məşqçi olduğuna əmindir. Mütəxəssis rəhbərlikdə tam etimad qazanıv.
Qeyd edək ki, Kumanın "Barselona" ilə müqaviləsi 2022 -ci ilin yayında bitir.