“Barselona”nın futbolçusu Luis Suares sıradan çıxıb.

Rekord.az xəbər verir ki, uruqvaylı hücumçu La Liqanın 12-ci turunun “Levante” ilə oyununda zədələnib. 

Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Suaresin 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

“Barselona” “Levante”yə 1:3 hesabıyla uduzub.