"Barselona" kapitanı Lionel Messi ilə yeni müqavilə imzalamaq istəyir.

Rekord.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya klubunun nümayəndələri 32 yaşlı hücumçunun agenti ilə əlaqə saxlayıb.

"Barselona" argentinalı oyunçu ilə müqavilənin müddətini 2023-cü ilin iyununa qədər uzatmağı düşünür.

Qeyd edək ki, Messinin hazırkı müqaviləsi 2021-ci ilin iyununda başa çatır.