"Barselona" Lionel Messini tibbi müayinədən keçməyə vaxtında gəlmədiyi üçün cəzalandırmayacaq.

Rekord.az xəbər verir ki, Kataloniya təmsilçisinin oyunçuları avqustun 30-da tibbi müayinədən keçib.

Messi müqaviləsinin ləğv olunması üçün kluba müraciət edib və mövsümöncəsi təlim-məşq toplanışına qatılmayacağını bildirib.

"Barselona" futbolçunun komandadan uzaq olduğu hər gün üçün maaşını kəsəcək.

Messi "Barselona"dan ayrılmaq istəyir. O, 2004-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Forvard bu müddət ərzində bütün turnirlərdə 731 oyuna 634 qol və 285 məhsuldar ötürmə müəllifi olub.