“Barselona” yay transfer pəncərəsi dövründə Neymarı heyətinə qatmağa çalışıb.

Rekord.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Xəbərdə “Barselona”nın braziliyalı hücumçu üçün PSJ-yə 80 milyon avro təklif etdiyi bildirilib. Paris klubu əsas ulduzlarından birini satmaqdan imtina edib və təklifə “yox” deyib.

PSJ bu yay “Barselona”dan ayrılan Lionel Messini heyətinə qatıb.