"Barselona" ona yeni müqavilə təklif etdi
- 04 Dek 2020 14:42
- 1657
"Barselona" Usman Dembeleyə yeni müqavilə təklif edib.
Rekord.az xəbər verir ki, Kataloniya təmsilçisi heyətlə bağlı problemləri nəzərə alaraq 23 yaşlı fransalı hücumçunu saxlamaq qərarına gəlib.
Dembele "Barselona"ya 2017-ci ildə 105 milyon avro qarşılığında Almaniyanın "Borussiya" (Dortmund) klubundan keçib. O, bu mövsüm 7 oyuna çıxıb və 1 qol vurub. Dembelenin müqaviləsi 2022-ci ilin yayında başa çatır.