"Barselona"nın müdafiəçisi Ronald Arauxo bud dizindəki problemlə bağlı əməliyyat olunacaq.

Rekord.az ESPN-ə istinadən xəbər verir ki, o, təxminən 4 ay yaşıl meydanlardan kənarda qalacaq.

25 yaşlı uruqvaylı futbolçu Amerika Kubokunun 1/4 finalında  Braziliyaya qarşı oyunda zədələnərək turnirin qalan hissəsini buraxıb.

Arauxo 2019-cu ildən Kataloniya təmsilçisinin əsas komandasında oynayır.