"Barselona"nın hücumçusu Vitor Roke "Palmeyras"a keçib.


Rekord.az xəbər verir ki, bu barədə hər iki klubdan rəsmi açıqlama verilib.


20 yaşlı hücumçu "yaşıllar"la 2029-cu ilin sonunadək anlaşıb. "Palmeyras" Rokenin keçidinə görə, 25,5 milyon avro xərcə düşüb.


Vitor ötən ilin yanvarında "Barselona"ya keçmişdi. O, yaydan etibarən icarə əsasında "Betis"ə oynayırdı