“Barselona” onu Fransa klubuna satdı
- 25 Avq 2024 18:12
- 152
"Renn" "Barselona"nın futbolçusu Mikayıl Fayı transfer edib.
Rekord.az klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı mərkəz müdafiəçisi 4 illik müqavilə imzalanıb.
Mətbuatda bu transfer üçün Fransa təmsilçisinin 10.3 milyon avro ödədiyi vurğulanıb.
Seneqallı futbolçu ötən mövsüm Kataloniya klubunun gənclərdən ibarət komandasının tərkibində çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 49 matçda iştirak edib, 5 qol vurub, 1 qolun ötürməsini verib.