"Barselona" onun üçün 111 milyon avro ödəyə bilməyəcək
- 18 Apr 2020 19:10
- 668
"Barselona" "İnter"in hücumçusu Lautaro Martinezin transferi üçün 111 milyon avro ödəyə bilməyəcək.
Rekord.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, bu məbləğ 22 yaşlı hücumçunun təzminat qiyməti kimi müqaviləsində göstərilib. Bu seçim iyul ayında 2 həftə etibarlı olacaq.
Bildirilib ki, qışda Kataloniya klubu bu məbləği ödəməyə hazır idi. Ancaq koronavirus səbəbindən ciddi maliyyə problemləri yaşayan Katalaniya klubunda vəziyyət dəyişib.
Nəşr yazıb ki, transferin gerçəkləşməsi üçün bir neçə variantdan biri "Barselona"nın oyunçularından birininin Martineslə dəyişdirilməsidir.
Xəbərdə o qeyd olunub ki, argentinalı futbolçunun özü də La Liqa təmsilçisinə transfer olunmaq istəyir.