“Barselona” “Valensiya”dan Xose Luis Qayanı heyətinə qatmaq istəyir.

Rekord.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Xəbərdə Kataloniya təmsilçisinin 25 yaşlı müdafiəçi üçün 50 milyon avro ödəməyə hazır olduğu bildirilir.

“Valensiya”nın yetirməsi olan Qaya, İspaniya milli komandasına da dəvət alır.