"Barselona" yeni mövsüm üçün növbəti transferini bitirməyə yaxındır.

Rekord.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Mançester Siti"nin hücumçusu Serxio Aquero ilə razılığa gəlib.

Bu transferin Mançester klubunun Çempionlar Liqasının finalında mayın 29-u keçiriləcək "Çelsi" ilə matçdan sonra açıqlanacağı bildirilib. Klubu ilə müqaviləsi bu mövsümün sonu başa çatacaq argentinalı hücumçu "Barselona"ya azad agent kimi keçəcək.

Qeyd edək ki, bundan əvvəl İspaniya mətbuatı "Mançester Siti"nin futbolçusu Erik Qarsiyanın Kataloniya təmsilçisi ilə 5 illik müqavilə imzaladığını yazıb.