İspaniyanın "Barselona" klubu baş məşqçi Hans Flikin rəhbərliyi altında öz rekordunu yeniləyib.


Rekord.az xəbər verir ki, komanda tarixində ikinci dəfə 100 qol həddinə daha tez çatıb.


Bu, ötən gün La Liqanın 21-ci turunda "Valensiya"ya qarşı oyunda reallaşıb. 7:1 hesablı qələbə qazanan Kataloniya təmsilçisi 100 (101) qol həddini məhz bu oyunda keçib. Beləliklə "Barselona" XXI əsrdə bir mövsüm ərzində 100 qol vuran ilk komanda olub.


Bunun üçün komandaya 32 oyun lazım olub.


Yalnız Elenio Erreranın komandası 100 qolu daha tez - 1958/1959 mövsümündə 31 oyunda vurmuşdu.