"Barselona"nın tbol klubunun prezidentliyinə namizəd Viktor Font Katalon komandasının cari vəziyyəti haqqında fikirlərini bölüşüb.O, qeyd edib ki, klub Neymarın işinə görə qeyri-sabit vəziyyətdədir. Futbolçular, əməkdaşlar arasında mübahisələr, sosial şəbəkələrin işi üzrə yoxlamalar mövcuddur.

"Bura qeyri-sabit idman siyasətini, müdiriyyətin ayrılmasını və koronavirusla əlaqədar gəlirlərin əhəmiyyətli şəkildə azalmasını əlavə edin. Klub iqtisadi və mənəvi müflislik təhlükəsi altındadır. Oyun qurtarıb”, - o bildirib.

Rekord.az xəbər verir ki, daha əvvəl "Barselona"nın İdarə Heyətinin 6 üzvü vəzifələrini tərk edib.

Funksionerlər koronavirus pandemiyası zamanı klubu idarə edə bilməmələri və sosial şəbəkələrdə ulduz futbolçu Lionel Messinin tənqid olunması barədə işlərlə əlaqədar istefa veriblər.