"Barselona" qapıçısı Neto ilə yolları ayıracaq.

Rekord.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Bildirilir ki, 31 yaşlı qolkiperin Kataloniya klubundakı son matçı La Liqanın 38-ci turunda "Eibar"la oyun olacaq. Netonun klub ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir. Lakin "Barselona" onunla mövsümün sonu yollarını ayıracaq.

Qeyd edək ki, Netonu "Arsenal" icarəyə götürmək istəyir.