“Barselona” futbolçusu İvan Rakitiçi satacaq. 

Rekord.az xəbər verir ki, La Liqa təmsilçisi xorvatiyalı yarımmüdafiəçinin transfer qiymətini də müəyyənləşdirib.

Rakitiçi almaq istəyən klub "Barsa"ya 10 milyon avro ödəməlidir. 2021-ci ildə müqaviləsi başa çatacaq İvan bir neçə klubun maraq dairəsindədir.

Qeyd edək ki, Rakitiç 2014-cü ildə "Sevilya"dan Kataloniya klubuna keçib. Onun sabiq klubuna qayıdacağı haqda xəbərlər də var.