Ötən ilin dekabrında İspaniya La Liqası çərçivəsində keçirilən “Barselona” - “Real” oyunu zamanı insanlara silahlı hücum planlaşdıran şəxs həbs olunub.

Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Mərakeş əsilli terrorçu mayın 8-də saxlanılıb.

O, öz ifadəsində bildirib ki, terror aktını dron vasitəsilə törətmək istəyib. Amma pilotsuz təyyarəni tapmaq mümkün olmayıb. 

Müstəntiqlərin sözlərinə görə, həmin şəxs son 4 ildə terror təşkilatlarından biri ilə sıx əlaqədə olub. Son vaxtlar isə diqqət cəlb etməmək üçün daha az fəaliyyət göstərib.

Qeyd edək ki, dekabrın 18-də "Nou Kamp"da baş tutan el-klasiko qolsuz başa çatıb.