"Real" "Barselona" ilə yoxlama oyunu keçirib.

Rekord.az xəbər verir ki, ABŞ-da keçirilən matç Kataloniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyun 11-ci dəqiqədə tufan səbəbindən dayandırılıb. Baş hakim Armando Vilyarreal tufan və şimşək çaxması səbəbindən matçı dayandıraraq komandaları 30 dəqiqəlik paltardəyişmə otaqlarına göndərib. Görüşün 30 dəqiqədən sonra davam edə biləcəyi bildirilib.