“Barselona”nın futbolçusu İvan Rakitiç karyerasını “Sevilya”da davam etdirəcək.

Rekord.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xorvat yarımmüdafiəçi “Sevilya”ya transfer olunub. La Liqa təmsilçisi futbolçuyla müddəti 2022-ci ilin yayına qədər olan sözləşmə imzalayacaq.

Rakitiç, 2011-2014-cü illər aralığında da “Sevilya”da çıxış edib. Yarımmüdafiəçi 2014-cü ildən “Barselona”da idi.