“Barselona” Setyeni istefaya göndərdi
- 17 Avq 2020 13:40
- 627
“Barselona” klubu baş məşqçi Kike Setyeni istefaya göndərib.
Rekord.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin prezidenti Xosep Maria Bartomeu COPE radiosuna açıqlamasında deyib. Bartomeu, Setyenin işindən azad olunduğunu bildirib.
Setyen yanvardan “Barselona”ya rəhbərlik edirdi. Onun başçılıq etdiyi komanda La Liqada 2019/20 mövsümünü 2-ci sırada tamamlayıb, Çempionlar Liqasında isə 1/4 finalda “Bavariya”ya 2:8 hesabıyla uduzaraq, turniri tərk edib.