"Barselona" Suaresə 14 milyon avro ödəyəcək
- 31 Avq 2020 14:45
- 726
"Barselona" futbolçusu Luis Suareslə yolları ayıracağı təqdirdə ona 14 milyon avro ödəyəcək.
Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, yeni baş məşqçi Ronald Kuman 32 yaşlı hücumçunu komandanın heyətində saxlamağı düşünmür. Uruqvaylı oyunçu isə Kataloniya klubu müqaviləyə xitam verənədək məşqlərdə iştirak etmək niyyətindədir.
Müqaviləyə görə, "Barselona" Suareslə sözləşməsinə xitam verərsə, ona 14 milyon avro ödəməli olacaq. Bu halda oyunçu azad agent kimi klubu tərk edə bilər.
Bundan əvvəl futbolçu ilə "Ayaks" və "Atletiko"nun yaxından maraqlandığı bildirilmişdi.
Qeyd edək ki, L.Suars 2014-cü ildən "Barselona"da çıxış edir. O, ötən mövsüm 36 matçda 21 qol vurub və 10 qolun ötürməsini verib.