“Barselona” təklif etdi, “Real” razılaşdı
- 19 Okt 2019 12:41
- 781
İspaniya La Liqasının 10-cu turu çərçivəsində keçirilməli olan “Barselona” - “Real” matçının təxirə salındığını xəbər vermişdik.
Rekord.az xəbər verir ki, La Liqanın rəsmi saytı oktyabrın 26-na planladırılan matçın qeyri-müəyyən vaxta təxirə salındığını, “el klasiko”nun keçirilmə vaxtının klubların öz aralarındakı razılığa əsasən müəyyənləşəcəyini açıqlamışdı.
Artıq klublar da razılığa gəliblər. Öncə meydan sahibi “Barselona” rəsmi saytı vasitəsilə matçın dekabrın 18-də keçirilməsini təklif edib. Az sonra “Real” da məlumat yayaraq bu tarixdə oynamağa razı olduqlarını bildirib.
Bu isə öncədən də ehtimal olunduğu kimi, “Barselona” - “Real” görüşünün dekabrın 18-də keçiriləcəyi anlamına gəlir. Son sözü isə La Liqa rəhbərliyi deyəcək.
Xatırladaq ki, “Barselona” - “Real” qarşılaşması Kataloniyadakı etiraz aksiyaları səbəbindən təxirə salınıb.