“Barselona” Samuel Umtitini satmaqda israrlıdır.

Rekord.az xəbər verir ki, klub rəhbərliyi futbolçuya görə bir neçə təklif alıb.

Amma Samuel komandanı tərk etmək niyyətində deyil.

Rəhbərlik futbolçuya bir həftə vaxt verib. Bu müddətdə o, gələn təkliflərdən birini seçməlidir.

Əgər Samuel gələn təklifləri qəbul etməsə, “Barsa” rəhbərliyi onunla müqaviləni birtərəfli qaydada pozmağı planlaşdırır. Baxmayaraq ki, belə olacağı təqdirdə, “Barsa”nın məhkəmədə uduzmaq perspektivi var.