İspaniyanın “Barselona” klubu istefaya göndəriləcəyi deyilən Ernesto Valverdenin əvəzləyicisini tapıb.

Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Valverdenin yerinə hazırda Qətərin “Əl-Sədd” komandasını çalışdıran keçmiş futbolçusu Xavini gətirməyi planlaşdırır. 

39 yaşlı mütəxəssislə görüşən katalonlar, ona 2 illik müqavilə təklif ediblər.

Xavi 1998-2015-ci illərdə “Barselona”nın şərəfini qoruyub.