İspaniya çempionu "Barselona"da gözlənilən baş məşqçi dəyişikliyi nəhayət ki, gerçəkləşib.

Rekord.az xəbər verir ki, Kataloniya təmsilçisi Ernesto Valverdeni istefaya göndərib. Bu barədə klub rəsmi saytı vasitəsilə bəyanat yayıb.

Valverdenin əvəzinə isə bu posta Kike Setyen gətirilib. Yeni çalışdırıcı ilə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb. Bu gün klub Setyeni rəsmən təqdim edəcək.

Qeyd edək ki, Kike Setyenin son klubu "Betis" olub.