Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Rekord.az xəbər verir ki, ilk iki yarımfinalçı İngiltərə və Almaniyada bəlli olub.

“Barselona” evdə darmadağın etdiyi Dortmund “Borussiya”sının qonağı olub. Daha yaxşı oynayan meydan sahibləri 3:1 hesabı ilə qalib gəlib. Bu nəticə Dortmund klubuna yarımfinala yüksəlmək üçün kifayət etməyib. "Barsa" ümumi hesabda 5:3 üstün olub.

PSJ isə “Aston Villa” ilə səfər görüşünə üstünlüklə çıxıb. Qonaqlar 2:0 hesabı ilə önə keçsələr də, ingilislər böyük əzmkarlıq nümayiş etdiriblər. Unai Emerinin komandası 3 dəfə fərqlənsə də, bu onlara mərhələ adlamaq imkanı verməyib. PSJ iki oyunun nəticəsinə görə, 5:4 hesabı ilə qalib gəlib.

UEFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları

15 aprel

“Borussiya” (Dortmund, Almaniya) - “Barselona” (İspaniya) 3:1
Qollar: Seru Girassi, 11-pen; 49; 76 - Bensebaini, 54-öz qapısına.
İlk oyun - 0:4.

“Aston Villa” (İngiltərə) - PSJ (Fransa) 3:2
Qollar: Yuri Tilemans, 34. Makqin, 55. Konsa, 58 – Əşrəf Hakimi, 11. Nuno Mendes, 27.
İlk oyun - 1:3.