“Leyptsiq”in futbolçusu İbraima Konate “Barselona” və “Real”ın maraq dairəsinə düşüb.

Rekord.az AS nəşrinə istinadən xəbər verir ki, Madrid klubu 21 yaşlı müdafiəçini 1 ildən artıqdır izləyir. Baş məşqçi Zinəddin Zidanın fransız futbolçunu çox bəyəndiyi və Rafael Varanın komandadan ayrılacağı halda bu boşluğu gənc futbolçu ilə doldurmağı düşündüyü bildirilir.

“Barselona” da müdafiənin mərkəzində olan problemləri Konate ilə həll etməyi planlaşdırır.

Qeyd edək ki, son vaxtlar zədədən əziyyət çəkən Konate bu mövsüm Bundesliqada 9 oyuna çıxıb və 1 qol vurub.