“Barselona” və “Real”ın sabiq baş məşqçisi öldü
- 06 Apr 2020 23:30
- 700
Əfsanəvi serbiyalı futbolçu və məşqçi Radomir Antiç vəfat edib.
Rekord.az xəbər verir ki, o, 71 yaşında dünyasını dəyişib.
Bu barədə "Atletiko"nun mətbuat xidməti məlumat yayıb. Lakin onun ölüm səbəbi açıqlanmayıb.
Futbolçu karyerası ərzində daha çox “Partizan”ın şərəfini qorumuş Antiç, Türkiyənin “Fənərbaxça”, İspaniyanın “Saraqosa”, İngiltərənin “Luton Taun” klublarında da legioner həyatı yaşayıb.
Məşqçilik karyerasına da “Saraqosa”da başlayan serbiyalı mütəxəssis daha sonra “Real”, “Real Ovyedo”, “Atletiko”, “Barselona”, “Selta” kimi klublara baş məşqçilik edib. 2008-2010-cu illər aralığında Serbiya yığmasını çalışdıran Antiç, karyerasının son illərində Çində işləyib. O, bu ölkənin “Şandonq Lunenq” və “Hebey Çina Fortune” klublarına rəhbərlik edib.