İspaniyanın “Barselona” klubunun yeni baş məşqçisi məlum olub.

Rekord.az xəbər verir ki, Kataloniya təmsilçisinin “sükan”ı Ronald Kumana tapşırılacaq.

Bu barədə “El Mundo Deportivo” nəşri məlumat yayıb. Xəbərdə, “Barselona” klubunun prezidenti Xosep Maria Bartomeunun niderlandlı mütəxəssislə danışıqlar apardığı bildirilir. Tərəflər arasındakı danışıqlar artıq son mərhələdədir və 57 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanacaq.

“Barselona”nın prezidenti Bartomeu komandanın baş məşqçisi Kike Setyenlə yollarını ayırdıqlarını açıqlayıb.

Ronald Kuman hazırda Niderland milli komandasını çalışdırır.