İspaniyanın “Barselona” klubunun yeni baş məşqçisi məlum olub.

Rekord.az xəbər verir ki, Kataloniya təmsilçisinin “sükan”ı Ronald Kumana tapşırılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Niderlandlı mütəxəssislə müqavilə 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

Kuman, həm də Niderland milli komandasının baş məşqçisidir.

Ronald Kuman futbolçu karyerası dönəmində, 1989-cu ildən 1995-ə qədər “Barselona”da çıxış edib.