İspaniyanın “Barselona” klubunda yeni təyinat gerçəkləşib.

Rekord.az xəbər verir ki, Ramon Planes klubun yeni idman direktoru təyin olunub.

Bu barədə “Barselona”nın mətbuat xidməti məlumat yayıb. Planesdan əvvəl bu vəzifədə Erik Abidal çalışırdı. Lakin baş məşqçi Kike Setyenin istefaya göndərilməsindən sonra Abidal da ötən gün postundan kənarlaşdırılmışdı.

Qeyd edək ki, Setyenin də əvəzində baş məşqçi postuna Ronald Kuman gətirilib.