İspaniyanın “Barselona” klubu bir neçə futbolçusu ilə yeni müqavilə imzalayıb.

Rekord.az xəbər verir ki, Kataloniya klubu Jerar Pike, Mark-Andre Ter Ştegen, Kleman Lanqle və Frenki de Yonqla yeni müqavilə imzalayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Pike ilə müqavilənin müddəti 2024, Ter Ştegenlə 2025, Lanqle və De Yonqla isə 2026-cı ilədək uzadılıb.

“Barselona” dörd oyunçunun hər birinə yeni qiymət də qoyub. Belə ki, Pike ilə Ter Ştegenin təzminat haqqı 500 milyon avro təyin olunub. De Yonq və Lanqleni almaq istəyən klublar isə müvafiq olaraq, 400 və 300 milyon avro ödəməlidir.

Qeyd edək ki, Pike 2008, Ter Ştegen 2014, Lanqle 2018, De Yonq isə 2019-cu ildən “Barselona”nın uğurları üçün çalışır.