"Barselona"da baş məşqçi ilə prezident arasında gərginlik
- 15 Sen 2021 18:00
- 513
“Barselona”nın baş məşqçisi Ronald Kuman açıqlama verib.
Rekord.az xəbər verir ki, niderlandlı mütəxəssis klub prezidenti Xuan Laportanın onun haqqında dediyi “baş məşqçi tam səlahiyyətə sahib deyil” fikrinə münasibət bildirib.
“Laporta ilə münasibətimiz yaxşı idi. Amma ötən həftə düzgün olmayan açıqlama verdi. O, baş məşqçinin tam səlahiyyətə malik olmadığını dedi. Düşünürəm ki, Laporta bir az məntiqsiz açıqlama verib.
Bu məsələni öz aramızda da danışa bilərdik. Mediaya bu cür açıqlama vermək lazım deyil.
Klubun, işçilərin, komandadakı futbolçuların mənə güvəndiyini hiss edirəm. “Barselona”da qalmaq istəyirəm. Bu klub gələcəyini mənə borcludur”.