"Barselona"nın ürəyində problem yaranan futbolçusu Serxio Aqueronun durumu ciddidir.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, argentinalı hücumçu müayinədən keçib və onun bərpa prosesinə görə azı 3 ay meydana çıxa bilməyəcəyi məlum olub.

Qeyd edək ki, Aquero La Liqanın son turunda "Alaves"lə oyunda nəfəs darlığından əziyyət çəkib və 41-ci dəqiqədə əvəzlənib. Daha sonra futbolçu xəstəxanaya aparılıb.